Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Nanə tanınmaz hala düşdü - Görənlər təəccübünü gizlətmirlər-VİDEO

Nanə tanınmaz hala düşdü - Görənlər təəccübünü gizlətmirlər-VİDEO

Nanə tanınmaz hala düşdü - Görənlər təəccübünü gizlətmirlər-VİDEO
2026-01-10 , 17:58

Aparıcı Nanə Ağamalıyevanın son görüntüləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

“Yeni Sabah” xəbər verir ki, aparıcının xeyli dəyişmiş imici diqqətdən yayınmayıb.
Sosial mediada paylaşdığı videoda onun nəzərəçarpacaq dərəcədə arıqlaması, üz cizgilərinin sərtləşməsi və estetik müdaxilələrə bənzər dəyişikliklər istifadəçilər arasında müxtəlif rəylər doğurub.
İzləyicilər onun sağlamlığından narahat olduqlarını bildiriblər, çox arıqladığını, tanınmaz hala düşdüyünü yazıblar. Xüsusilə də estetik prosedurların həddən artıq olduğu iddiası müzakirələrin əsas mövzularından birinə çevrilib. Ümumi olaraq, N.Ağamalıyevanın yeni görünüşü izləyicilərinin xoşuna gəlməyib və iradlara səbəb olub.
Aparıcı yazılanlara cavab verməyib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.