Yenilik.Az
www.Yenilik.Az » Maqazin » “Ağadadaş Ağayev məni aldadaraq oğlunun toyuna aparıcı edib” – Vüsalədən etiraf

“Ağadadaş Ağayev məni aldadaraq oğlunun toyuna aparıcı edib” – Vüsalədən etiraf

“Ağadadaş Ağayev məni aldadaraq oğlunun toyuna aparıcı edib” – Vüsalədən etiraf
2026-01-14 , 16:47

Aparıcı Vüsalə Əlizadə illər sonra Ağadadaş Ağayevlə bağlı etiraf edib.


Yenilik.az xəbər verir ki, o, aparıcısı olduğu “İncə səhəhr” verilişində xalq artistinin oğlunun toyunda aparıcılıq etməsinin hekayəsini bölüşüb.

Aparıcı bildirib ki, Ağadadaş Ağayev illər öncə onu aldadaraq oğlunun toyuna aparıcı kimi dəvə edib:

“Bir gün Ağadadaş Ağayev mənə zəng etdi, dedi ki, bir dostumun oğlunun toyudur, səni aparıcı kimi istəyirlər. Mən də dedim ki, əslində mələğ bu qədərdir, amma sizin üçün daha aşağı məbləğ olar. Mən daha aşağı bir qiymət dedim. O da razılaşdı və məndən kartımı istədi. Düşündüm ki, beh yollanacaq. Bir müddət sonra gördüm ki, məbləğ tam olaraq kartıma ödənib.

Toya bir gün qalmış mən saytlardan oxudum ki, sən demə bu Ağadadaş müəllimin öz övladının toyu imiş. Zəng etdim, nə qədər xahiş etdimsə, məbləği geri qaytarmağıma icazə vermədi. Əziyyətimi yüksək şəkildə dəyərləndirdi”.

AZXEBER.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.