Yenilik.Az
www.Yenilik.Az » Maqazin » "Universitet bitirənlər teatrda iş tapa bilmirlər, mağazada işləyirlər"

"Universitet bitirənlər teatrda iş tapa bilmirlər, mağazada işləyirlər"

2026-01-26 , 07:52

"Allah məni sevdi ki, teatrdan ayrıldım. İncidim getdi. Teatrdakı aktyor və aktrisaların üsyanını qınayırlar. Aktrisayam, başqa yerdə çalışa bilmərəm. Amma teatr müdiri başqa yerdə işləyə bilər".

Bu sözləri Əməkdar artist Kübra Əliyeva "Qapqara" yutub layihəsində deyib. 
Aktrisa Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirən tələbələrin teatrda iş tapa bilməməsindən şikayətlənib:"Aktyor teatrdan ayrılır və özünü heç yerdə tapa bilmir. Bəzən alış-verişə gedirəm. Baxıram, bir gənclik dövrünü keçən adamdır. Danışıram, deyir, incəsənət universitetini bitirmişəm. Ürəyimin başına od düşür. Mən də oxumuşam orada. Nə həvəslə ora girib, amma teatrda yer tapa bilmir. Ailəsini dolandırmalıdır. Evin qazanının qaynaması üçün qazanın içini qazanmalısan". (Axşam.az)

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.