Yenilik.Az
www.Yenilik.Az » Maqazin » "Hər il belə təklif alıram" - Video

"Hər il belə təklif alıram" - Video

2026-01-29 , 17:06

12 il fasilədən sonra səhnəyə qayıdan müğənni Aysel Teymurzadə "Avroviziya"dan təklif aldığını deyib.

Bu haqda ifaçı Axşam.az-a açıqlamasında danışıb. O bildirib ki, son bir neçə ildir hər dəfə ona Azərbaycanı müsabiqədə təmsil etmək təklifi gəlir:
"Avroviziya"ya yenidən getmək təklifləri çox alıram. Hətta demək olar ki, hər il bu təklif mənə gəlir. Getmirəm. Bəzi səbəblərim var. Yəqin sizlər də bunu bilirsiniz. Bəlkə, bir gün gedərəm. Hələ vaxtı olduğunu hiss etmirəm".
Qeyd edək ki, Aysel məşhur müğənni Araşla birlikdə 2009-cu ildə ölkəmizi "Avroviziya" müsabiqəsində təmsil edib. Onlar "Always" mahnısı ilə üçüncü yerdə qərarlaşıblar. 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.