Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: "Onu sevirəm" - VİDEO

Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: "Onu sevirəm" - VİDEO

Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: 
2026-02-05 , 17:01

Müğənni Aynur Dadaşova boşandığı həyat yoldaşı haqda açıqlamasıyla gündəmə gəlib.

Axşam.az xəbər verir ki, sənətçi "Günə uğurla" verilişində onu hələ də sevdiyini deyib.
"Mən yoldaşımı sevirəm" deyən Aynura həmkarı Nadir Qafarzadə "Sevən ayrılmazdı" sözlərini deyib. 
Aynur isə ona "Sevgi də var-dövlətdir. Onu da Allah insana bəxş edir. Heç bir kişi və qadın istəməz ailəsini özü dağıtsın. Allahın yazısına pozu yoxdur" cavabını verib. 
Qeyd edək ki, Aynur həyat yoldaşının ona xəyanət etdiyini və ayrıldığını açıqlamışdı. Bir müddət əvvəl isə ifaçı peşman olduğunu deyib. Dadaşovanın bu nikahdan iki övladı var. 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.