Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Zaur efirdən gedir

Zaur efirdən gedir

Zaur efirdən gedir
2026-02-19 , 15:28

Tanınmış aparıcı Zaur Baxşəliyev "Bizimləsən" verilişində işi ilə bağlı bəzi məqamlara toxunub. Aparıcı uzun illərdir davam edən gərgin iş tempinin onu yorduğunu etiraf edib.


Yenilik.az milli.az-a istinadla xəbər verir ki, canlı yayım zamanı səmimi etiraflar edən Zaur Baxşəliyev çəkdiyi əsəb və stressin çətinliyindən danışıb. O, bir gün fəaliyyətinə son qoya biləcəyini qeyd edərək bildirib: "Həqiqətən artıq yoruluram. Bir gün bir yerdə nöqtəni qoyub çıxıb gedəcəyəm. İnanın ki, artıq səbrim çatmır".

Zaur Baxşəliyev tənqid və təhqirlərə qarşı dözümlü olduğunu, lakin ümumi gərginliyin ona təsir etdiyini vurğulayıb. Onun bu sözləri sosial şəbəkələrdə fərqli fikirlərlə qarşılanıb. Bəzi izləyicilər aparıcıya haq versə də, bəziləri bunun sadəcə anlıq yorğunluq olduğunu düşünür.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.