Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Aşıq Namiqdən SƏRT REAKSİYA: “Mənə heç kim qadağa qoymayıb!”

Aşıq Namiqdən SƏRT REAKSİYA: “Mənə heç kim qadağa qoymayıb!”

Aşıq Namiqdən SƏRT REAKSİYA: “Mənə heç kim qadağa qoymayıb!”
2026-02-27 , 21:04

Aşıq Namiq Fərhadoğlu ona efir qadağası qoyulması ilə bağlı yayılan xəbərə sərt reaksiya verib.
Yenicag.az-a açıqlama verən sənətçi ona heç bir telekanalda qadağa qoyulmadığını bildirib:
“Bu qadağanı Azərbaycan Respublikası Audiovizual Şurası qoya bilər. Bununla bağlı rəsmi bir məlumat da yoxdur. Kim tərəfindən bu qadağa qoyulubsa, desinlər bilim. Aşıq musiqisi nə vaxtdan bayağı musiqi olub ki, mənə də efir qadağası qoyulsun?
3-4 telekanala  zəng vurub soruşdum, dedim mənə qadağa var? Dedilər, yox, nə qadağa? Hətta bir neçə veriliş də çəkilib, gələn həftə efirdə yayımlanacaq. Ayıb deyil? Reytinqdən ötrü belə xəbərlər yazıb məni müqəddəs Ramazan ayında  əsəbiləşdirirsiniz. Dövlət tərəfindən  belə qadağa qoyulubsa, qurban olum dövlətimizə. Amma mənə heç bir qadağa qoyulmayıb.
Gündəm üçün belə xəbərlər yaymasınlar! Mənimlə bağlı heç bir qadağa yoxdur. Mən dövlətimizi, musiqimizi sevən adamam, hər zaman da milli dəyərlərimizə xidmət edirəm”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.