Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Aqşin Fatehdən ŞOK SÖZLƏR: "Bəzi qadın müğənnilər gecə geyimini xatırladan libaslarla..." -  VİDEO

Aqşin Fatehdən ŞOK SÖZLƏR: "Bəzi qadın müğənnilər gecə geyimini xatırladan libaslarla..." -  VİDEO

Aqşin Fatehdən ŞOK SÖZLƏR:
2026-03-01 , 12:50

“Bəli, müğənnilərə efir qadağası var. Lakin bu qadağa siyahıda olan bütün müğənnilərə aid deyil. Hətta həmin siyahıya bəzi aparıcıların da əlavə olunduğu deyilir. Sadəcə onu deyə bilərəm ki, bu qadağaların millətimiz üçün çox xeyri olacaq. Xüsusən də böyüyən oğlan uşaqlarımızın gələcəyi və tərbiyəsi baxımından”.

Yenilik.az xəbər verir ki, bu sözləri meyxanaçı Aqşin Fateh bəzi müğənnilərə qoyulan efir qadağası haqqında danışarkən deyib.

Meyxanaçı iddia edib ki, televiziya məkanında yalnız iştirakçı siyahısı deyil, həm də geyim məsələsi ilə bağlı ciddi dəyişikliklər gözlənilir:
“Məlumata görə, efirlərə geyim senzurası da gəlir. Çünki bəzi kişi müğənnilər Azərbaycan kişisinə yaraşmayan, hətta qadın geyimini xatırladan tərzdə səhnəyə çıxırdı. Bəzi qadın müğənnilər isə demək olar ki, gecə geyimini xatırladan libaslarla efirdə görünürdü. Belə bir senzura tətbiq olunsa, açığı, çox sevinərəm”.
Ətraflı videoda:

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.