Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Mehman Əhmədli: Hazırda bu sahədə özümə rəqib görmürəm (VİDEO)

Mehman Əhmədli: Hazırda bu sahədə özümə rəqib görmürəm (VİDEO)

Mehman Əhmədli: Hazırda bu sahədə özümə rəqib görmürəm (VİDEO)
2026-03-07 , 14:43

"Deyişmə zamanı güclü rəqabət olanda meyxana daha maraqlı və keyfiyyətli alınır, dinləyici də bundan zövq alır".

Bunu Baku TV-nin "Qapqara" verilişinin yeni buraxılışında qonaq olan meyxana ustası Mehman Əhmədli deyib.

O bildirib ki, bəzi meyxanaçılar məclisə qrup şəklində qatılırlar və əsas məqsədləri toyu yola vermək, qazanc əldə etmək olur.


Mehman Əhmədlinin sözlərinə görə, əsl rəqabət iki güclü meyxanaçının meydanda üz-üzə gəlməsi zamanı yaranır və nəticədə daha sanballı meyxana ortaya çıxır.

O əlavə edib ki, hazırda bu sahədə heç kimi özünə rəqib görmür:

"Vaxtilə bu rəqabəti rəhmətlik Aydınla yaşamışam. Onunla həyatda dost idik, amma meydana çıxanda sözlə bir-birimizi "qırırdıq", əsl meyxana deyirdik".
 



Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.