Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Damla buna görə efirlərə çıxmır

Damla buna görə efirlərə çıxmır

Damla buna görə efirlərə çıxmır
2026-04-01 , 19:43

Müğənni Damla verilişlərdə az-az görünməsinin səbəbini açıqlayıb.

Sənətçi bildirib ki, son zamanlar daha seçici davranmağa başlayıb və bu da onun efirlərdən uzaq qalmasına səbəb olub:
"Çox seçici olmuşam. Verilişlərdə danışılan çayxana söhbətləri, yersiz müzakirələr, lazımsız mövzulara toxunmaq, efirdə bir-birini ağır şəkildə təhqir etmək və bu mövzuları sosial şəbəkədən efirə daşımaq məni bu qərara gətirib".
Damla əlavə edib ki, bu cür mühit onun sənətinə və şəxsi prinsiplərinə uyğun deyil. O, daha səviyyəli və məzmunlu layihələrdə yer almağa üstünlük verdiyini vurğulayıb.
Müğənninin bu açıqlaması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub və bir çox istifadəçi onun fikirləri ilə razılaşdığını bildirib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.