Yenilik.Az
www.Yenilik.Az » Maqazin » “Sənətkarlar üçün qəbiristanlıq yaradılsın” – Xalq artisti

“Sənətkarlar üçün qəbiristanlıq yaradılsın” – Xalq artisti

“Sənətkarlar üçün qəbiristanlıq yaradılsın” – Xalq artisti
2026-04-25 , 13:19

Xalq artisti Afaq Bəşirqızı sənətkarlar üçün xüsusi qəbiristanlıq hazırlanması məsələsini yenidən gündəmə gətirib.

Aktrisa bu haqda “Xəbərin olsun” verilişində deyib. O bildirib ki, Rusiyadakı Novodeviçye qəbiristanlığından Azərbaycanda da yaradılmalıdır:
“Bizim şöhrətli aktyorlarımız adi qəbiristanlıqda basdırılır. Eybi yoxdur. O, sənətkardır, onunla maraqlanan, sevən, filmlərinə baxanlar var. Deyir, görəsən, harada basdırılıb? Amma elə əlverişsiz yerdə dəfn olunub ki, pis təsir edir. İndi torpaq tapmaq çətindir. Rusiyada belə bir yer var: Nikulin, Popov orada dəfn olunub. Papaninin qəbrinə baxmağa getmişəm, keçəndə pul vermişəm. O pulla işçilər dolanır, oranı təmiz saxlayırlar”

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.