Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Ölənə kimi bütün xərclərini Mustafanın ödəməsini istəyir

Ölənə kimi bütün xərclərini Mustafanın ödəməsini istəyir

Ölənə kimi bütün xərclərini Mustafanın ödəməsini istəyir
2026-05-25 , 16:40

Türkiyəli müğənni Mustafa Sandalla keçmiş həyat yoldaşı Emine Yahoviç arasındakı məhkəmə davam edir.

Eks-xanımı İstanbul Ailə Məhkəməsinə verdiyi ərizədə keçmiş əri Mustafa Sandalın ona verdiyi avtomobili geri aldığını və protokolu pozduğunu bildirib.
Yahoviç ekspert heyətinin onun orta ömür müddətini (qalan ömürünü) müəyyən etməsini və statistik ölüm cədvəli yaratmasını istəyib. Keçmiş xanımı M.Sandaldan ya xərclərini ödəməsini, ya da ona yeni avtomobil almasını tələb edib. Yahoviç ərizəsində Mustafa Sandalın bu təklifi yerinə yetirməməsi halında məhkəmədən oxşar avtomobil almasını istəyib.
İşə qarşıdakı həftələrdə baxılacaq.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.