Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Mustafa ona Serbiyada ev almalıdır

Mustafa ona Serbiyada ev almalıdır

Mustafa ona Serbiyada ev almalıdır
2026-04-04 , 15:34

Müğənni Emina Jahovic keçmiş həyat yoldaşı, sənətçi Mustafa Sandalın boşanma protokoluna əməl etməyərək ona Serbiyadan ev almaması səbəbilə məhkəməyə müraciət edib. 

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, məhkəmə Sandalın Serbiyadan ev almalı olduğuna qərar verib.
Belə ki, illər əvvəl ayrılan cütlüyün boşanma protokoluna görə, onların Beykozdakı evi satılacaq və əldə edilən 2 milyon dollar Jahovicə veriləcək, əlavə olaraq 500 min dollar isə uşaqların təhsili üçün xərclənəcəkdi.
Razılaşmaya əsasən, Sandal keçmiş həyat yoldaşına aliment ödəyəcək, avtomobil kirayələyəcək və Serbiyadan ev alacaqdı.
Jahovic keçmiş ərinin Serbiyada ona ev almayaraq öhdəliyini yerinə yetirmədiyini bildirərək, məhkəməyə müraciət edib. İşə İstanbul Ailə Məhkəməsində baxılıb. Məhkəmə işi yekunlaşdıraraq, Mustafa Sandalın protokola uyğun şəkildə Emina Jahovic üçün Serbiyadan ev almasına qərar verib.
Mustafa Sandal isə İstanbul Ailə Məhkəməsinə müraciət edərək etiraz edib və icranın ləğvi üçün iddia qaldırıb. İşə bir neçə gün əvvəl yenidən baxılıb, amma Sandalın etirazı rədd edilib.
Qeyd edək ki, Mustafa və Emina 2008-ci ildə ailə qurub. 2019-cu ildə boşanan cütlüyün 2 oğlu var.









Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.