Yenilik.Az
www.Yenilik.Az » Mədəniyyət » Qızı Elxan Qasımovun son durumunu açıqladı

Qızı Elxan Qasımovun son durumunu açıqladı

Qızı Elxan Qasımovun son durumunu açıqladı
2023-05-13 , 17:02

“Kinorejissor, Əməkdar artist Elxan Qasımovun səhhətində nisbətən irəliləyiş var”.

Yenilik.az xəbər verir ki, bu barədə APA-ya kinorejissorun qızı məlumat verib.
Onun sözlərinə görə, Elxan Qasımov hələ də reanimasiyadadır:
“Dializ olunur, qan köçürülür. Çoxlu qan itirib”.
Qeyd edək ki, bir neçə gün öncə xəstəxanaya yerləşdirilən Əməkdar artist Elxan Qasımov mayın 9-da əməliyyat olunub. Elxan Qasımova aorta anevrizmasının partlaması diaqnozu qoyulub. O, hazırda özəl xəstəxanaların birində reanimasiyadadır.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.