Yenilik.Az
www.Yenilik.Az » Ölkə » Bu ay bütün sosial ödənişlər vaxtından əvvəl veriləcək

Bu ay bütün sosial ödənişlər vaxtından əvvəl veriləcək

Bu ay bütün sosial ödənişlər vaxtından əvvəl veriləcək
2023-03-14 , 14:15

Əmək və Əhalinin Sosal Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən ölkənin digər bölgələri üzrə mart ayının pensiyalarının, həmçinin qulluq stajına görə əlavələr alan pensiyaçıların pensiyalarının martın 15-də ödənilməsi nəzərdə tutulur.

Yenilik.az xəbər verir ki, bu barədə nazirlikdən xəbər verilib.
Bildirilib ki, Novruz bayramı ilə əlaqədar mart ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlarının da qrafikdən əvvəl olmaqla bayram ərəfəsində, yəni martın 17-də tam ödənilməsi planlaşdırılır.
Bu məqsədlə DSMF müvafiq maliyyələşdirmənin təmin edilməsi istiqamətində hazırlıq işləri aparır.
Qeyd edək ki, martın 7-də Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə mart ayının pensiyaları artıq verilib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.