Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Bayrama görə aprel ayının müavinət, təqaüd və ünvanlı yardımları tam ödənildi

Bayrama görə aprel ayının müavinət, təqaüd və ünvanlı yardımları tam ödənildi

Bayrama görə aprel ayının müavinət, təqaüd və ünvanlı yardımları tam ödənildi
2023-04-20 , 18:55

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən Ramazan bayramı ilə əlaqədar aprel ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları qrafikdən əvvəl olmaqla bu gün tam ödənilib.

Yenilik.az xəbər verir ki, bu barədə ƏƏSMN-in Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, aprelin 7-də Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, aprelin 14-də ölkənin digər bölgələri üzrə, habelə qulluq stajına görə əlavələr alan pensiyaçıların aprel ayının pensiya ödənişləri həyata keçirilib.
Beləliklə, bu ayın bütün pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlarının ödənişi bayram ərəfəsində yekunlaşdırılıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.