Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Ramazan ayının TƏQVİMİ

Ramazan ayının TƏQVİMİ

Ramazan ayının TƏQVİMİ
2023-03-22 , 14:19

Ramazan ayının təqvimi açıqlanıb.
Qafqaz Müsəlmanları İdarəsinin hazırladığı Ramazan ayının xüsusi təqvimi Bakı və Abşeron şəri vaxt ölçüsünə uyğun tərtib edilib.
Digər bölgələr Ramazan ayının təqvimini ənənəvi namaz vaxtları ilə tənzimləyə bilərlər.
Ramazan ayı martın 23-də başlayacaq. Təqvimə görə, aprelin 21, 22-si Azərbaycanda Ramazan bayramı qeyd ediləcək.
Qədr (Əhya) gecələrinə gəlincə, aprelin 9-u, 11-i, 13-ü və 17-nə təsadüf edəcək.
Oruc tutanlar səhərdən axşama qədər yemək, su və digər içkilər qəbul etməkdən, tütün məmulatlarından imtina edirlər. Bundan əlavə, müqəddəs ayda oruc tutan hər kəs üçün söyüş və qeybət etmək haramdır.
İnfoqrafika: Ramazan ayı Təqvim - Sputnik Azərbaycan
Ramazan ayının başlanğıcı Hicri-qəməri təqvimlə müəyyən edilir və orucun müddəti 29 və ya 30 gündür. Bu il oruc tutmaq martın 23-də başlayır.
Ay Ramazan ayının son günündə Günəş batdıqdan sonra üç gün davam edən Fitr bayramı ilə başa çatır.
Qafqaz Müsəlmanları İdarəsinin təqdim etdiyi təqvimə əsasən, aprelin 21-22-si orucluq başa çatacaq, yəni bayram günləri elan olunacaq.
Sübh namazı (səhər) - sübh namazının vaxtı.
Zöhr (günorta ) - günorta namazının vaxtı.
Əsr (gün batmamışdan əvvəl) - günortadan sonra namazın vaxtı.
Məğrib (axşam ) - axşam namazının vaxtı.
İşa (gecə) - gecə namazının vaxtı.







Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.