Yenilik.Az
www.Yenilik.Az » Ölkə » Bakıda havada dəm qazı normadan yüksəkdir

Bakıda havada dəm qazı normadan yüksəkdir

Bakıda havada dəm qazı normadan yüksəkdir
2023-03-29 , 17:15

Atmosfer havasının keyfiyyətinin monitorinqi gündəlik olaraq Bakı şəhərinin Səbail, Xətai, Nizami, Nərimanov rayonları və Sumqayıt, Gəncə şəhərləri ərazisində hava keyfiyyəti üzrə fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirilir.

Yenilik.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən xəbər verilib.
Bildirilib ki, stansiyalardan əldə edilən məlumatların təhlilinə əsasən, gün ərzində Bakı şəhəri üzrə hava keyfiyyət göstəricilərindən dispers toz hissəciklərinin miqdarı normadan 1.2, dəm qazı 1.6, azot-4 oksidin miqdarı Gəncə şəhərində 1.4, Sumqayıt şəhərində 1.2 dəfə artıq müəyyən edilib.
Havada müşahidə olunan toz lokal xarakter daşıyır və küləkli hava şəraiti ilə əlaqədar yerin üst quru səthində formalaşan toz hissəciklərinin ətraf ərazilərə yayılması baş verir.
Dəm qazı və azot-4 oksidin miqdarının normadan yüksək olmasına səbəb isə nəqliyyatın hərəkətinin intensiv xarakter daşıması və digər antropogen təsirlərlə əlaqədardır.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.