Yenilik.Az
www.Yenilik.Az » Ölkə » ATƏT-in fəaliyyətdə olan sədri ölkəmizə səfər edəcək

ATƏT-in fəaliyyətdə olan sədri ölkəmizə səfər edəcək

ATƏT-in fəaliyyətdə olan sədri ölkəmizə səfər edəcək
2023-04-10 , 11:20

ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani aprelin 10-13-də Gürcüstan, Azərbaycan və Ermənistana səfər edəcək.

Yenilik.az xəbər verir ki, bu barədə ATƏT-in fəaliyyətdə olan sədrinin mətbuat xidməti məlumat verib.
Məlumatda qeyd olunur ki, Buyar Osmani səfər etdiyi ölkələrin parlament üzvləri, vətəndaş cəmiyyəti nümayəndələri və digər maraqlı tərəflərlə görüşlər keçirəcək.
Həmçinin səfər çərçivəsində ATƏT, Gürcüstan, Azərbaycan və Ermənistan arasında əməkdaşlığın gücləndirilməsi, mövcud təhlükəsizlik çağırışlarının həlli və Cənubi Qafqaz regionunda dialoq yolu ilə sülh və sabitliyin təşviqi məsələləri müzakirə olunacaq.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.