Yenilik.Az
www.Yenilik.Az » Ölkə » Dövlət Xidməti özəl tibb müəssisələrinə xəbərdarlıq edib

Dövlət Xidməti özəl tibb müəssisələrinə xəbərdarlıq edib

Dövlət Xidməti özəl tibb müəssisələrinə xəbərdarlıq edib
2023-04-17 , 12:12

Səhiyyə sahəsində istifadə olunan tibbi ölçü cihazlarının qeyri-dəqiq ölçmələrinin vətəndaşların həyat və sağlamlığına mənfi təsirinin qarşısının alınması məqsədi ilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində özəl tibb müəssisələrinin nümayəndələri ilə görüş keçirilib.

Yenilik.az xəbər verir ki, Dövlət Xidmətinin məlumatına görə, görüşdə bu sahədə mövcud vəziyyət, çatışmazlıqlar və onların aradan qaldırılması üsulları müzakirə olunub və özəl tibb müəssisələri tərəfindən həyata keçirilməsi zəruri olan tədbirlər barədə məlumat verilib.
Bildirilib ki, qanunvericiliyə əsasən, mülkiyyət formasından asılı olmayaraq, tibb müəssisələrində tipi təsdiq edilməmiş, metroloji norma və qaydalara uyğunluğu baxımından dövri yoxlanılmaya təqdim edilməmiş tibbi ölçü cihazlarının istifadəsi qadağandır. Özəl tibb müəssisələrinin nümayəndələrinin diqqətinə çatdırılıb ki, müvafiq sahədə qanunvericiliyin tələblərinə əməl edilməməsi məsuliyyətə səbəb olur.
Sonda görüş iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.