Yenilik.Az
www.Yenilik.Az » Ölkə » DİA tələbəsi mediasiya mövzusunda buraxılış işi yazır

DİA tələbəsi mediasiya mövzusunda buraxılış işi yazır

DİA tələbəsi mediasiya mövzusunda buraxılış işi yazır
2023-04-20 , 22:35

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə Mediasiya Şurası arasında imzalanmış birgə əməkdaşlıq haqqında Memorandum özündə mediasiya sahəsində nəzəri və təcrübi biliklərin artırılması, tələbələr üçün təcrübə imkanlarının yaradılması, birgə tədqiqatların aparılması və digər məsələləri ehtiva edirdi.
Bu əməkdaşlıq çərçivəsində Mediasiya Şurası tələbələrlə birlikdə tədqiqat işlərinin aparılması, praktik bacarıqlarının inkişaf etdirilməsinə xüsusi önəm verir.
Belə ki, Dövlət İdarəçilik Akademiyası, “Siyasi İdarəetmə” fakültəsinin Hüquqşünaslıq ixtisasının IV kurs tələbəsi Gültəkin Hacıyeva Mediasiya Şurasına müraciət edərək, buraxılış işi mövzusu olaraq mediasiya sahəsində araşdırma aparmaq istəyini bildirib. Şura onun seçim etdiyi “Mediasiya əmək mübahisələrinin alternativ həlli üsulu kimi” mövzusunda daha effektiv və səmərəli araşdırma apara bilməsi üçün o, mentor qismində təlimçi, mediator Fidan Fətəliyeva ilə əlaqələndirilib.
Tələbə Gültəkin Hacıyevanın Mediasiya sahəsində istər nəzəri, istərsə də praktiki sualların cavablandırılması, eyni zamanda statistik məlumatların və gələcək perspektivlərlə bağlı müzakirələrin aparılması təmin olunub.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.