Yenilik.Az
www.Yenilik.Az » Ölkə » Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq
2023-04-21 , 20:10

“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”.

Yenilik.az xəbər verir ki, bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər Əliyevin Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında əməkdaşlığın inkişafına töhfəsi” adlı dəyirmi masada çıxışı zamanı deyib.
O, bildirib ki, Azərbaycanda rus dilində tədris aparılan 329 məktəb var.
“Bu məktəblərdə şagirdlərin sayı 160 min nəfərdir. Universitetlərin rus bölmələrində 16 min tələbə təhsil alır. Biz bu tendensiyanı davam etdirəcəyik, çünki rus dili ünsiyyət, öyrənmə, təcrübə mübadiləsi dilidir”, - nazir müavini qeyd edib.
İ.İsayev vurğulayıb ki, Azərbaycan Rusiya universitetləri ilə əməkdaşlığa hazırdır və bu çərçivədə Həştərxan Dövlət Universiteti ilə müəllim mübadiləsi məsələsi müzakirə olunub.
“Onlara Azərbaycan dili müəllimləri lazımdır, biz də bu işdə kömək edəcəyik. Onlar da rus dilində dərs deyən fənn müəllimləri ilə bağlı bizə kömək edə bilərlər”, - nazir müavini əlavə edib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.