Yenilik.Az
www.Yenilik.Az » Ölkə » Yevlaxda Mediasiya təşkilatı fəaliyyətə başlayır

Yevlaxda Mediasiya təşkilatı fəaliyyətə başlayır

Yevlaxda Mediasiya təşkilatı fəaliyyətə başlayır
2023-04-28 , 20:16

1 may 2023-cü il tarixindən etibarən Yevlax 1 saylı mediasiya təşkilatı fəaliyyətə başlayır.
Yevlax rayonu üzrə dövlət qeydiyyatına alınmış mediasiya təşkilatının “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş tələblərə uyğunluğunun müəyyən edilməsi ilə bağlı yaradılmış Xüsusi Komissiyanın rəyi Mediasiya Şurasının İdarə Heyətinə təqdim edilib.
Rəyə İdarə Heyətinin iclasında baxılıb. İdarə Heyətinin üzvlərinin fikirləri, Xüsusi Komissiyanın rəyi nəzərə alınaraq İdarə Heyətinin 28 aprel 2023-cü il tarixli qərarı ilə Yevlax 1 saylı mediasiya təşkilatının Şuranın üzvlüyünə qəbul edilməsi və təşkilat barədə məlumatların mediasiya təşkilatları reyestrinə daxil edilməsi qərarı verilib.
Beləliklə, Mediasiya Şurası İdarə Heyətinin 28 aprel 2023-cü tarixli qərarı ilə 1 may 2023-cü il tarixindən etibarən vətəndaşlar Yevlax, Ağsu və Ucar rayonları üzrə müraciətlərdə Yevlax 1 saylı mediasiya təşkilatına müraciət edə biləcəklər.
Yevlax 1 saylı mediasiya təşkilatının əlaqə vasitələri: 
Ünvan: Yevlax şəhəri, H. Əliyev pr. 42
Tel: +994223362600; +994512440666

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.