Yenilik.Az
www.Yenilik.Az » Ölkə » Vəkillər Kollegiyası ilə Polis Akademiyası arasında memorandum imzalanıb

Vəkillər Kollegiyası ilə Polis Akademiyası arasında memorandum imzalanıb

Vəkillər Kollegiyası ilə Polis Akademiyası arasında memorandum imzalanıb
2023-05-04 , 16:22

Azərbaycan Vəkillər Kollegiyası ilə Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyası arasında memorandum imzalanıb.
Yenilik.az xəbər verir ki, bu barədə Kollegiyadan məlumat verilib.
Bildirilib ki, mayın 3-də Polis Akademiyasında “Heydər Əliyev və müasir Azərbaycan” adlı respublika elmi-praktik konfransı keçirilib.
Tədbirə başlamazdan əvvəl qonaqların iştirakı ilə ümummilli lider Heydər Əliyevin abidəsi önünə əklil və gül dəstələri qoyulub. Daha sonra Azərbaycan torpaqlarının ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuş, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Konfrans iştirakçılarını açılış nitqi ilə salamlayan DİN-in Polis Akademiyasının rəisi, polis general-mayoru Canpolad Daanov konfransın işinə uğurlar arzulayıb. Akademiya rəisi bildirib ki, bu gün Azərbaycan gənclərinin bütün sahələrdə özlərini doğrultmaları, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin nəticəsidir. Ümummilli lider Heydər Əliyev həmişə gənclərimizə böyük ümidlər bəsləyir və dəfələrlə qeyd edirdi ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir. Məhz həyata keçirilən məqsədyönlü siyasətin nəticəsidir ki, bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır.
Tədbirin davamında DİN-in Polis Akademiyasının kursantı Fəxri Şirinov kursantları tərəfindən hazırlanmış ulu öndərə həsr olunmuş saytın təqdimatını edib. Təqdimatdan sonra Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov, DİN-in Daxili Qoşunlarının Ali Hərbi Məktəbinin rəisi general-mayor İlqar Məmmədov, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının rəisi vəzifəsini müvəqqəti icra edən polkovnik Elşad Nəsirov, Mediasiya Şurasının İdarə Heyətinin sədri, hüquq üzrə fəlsəfə doktoru Nadir Adilov, Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin Prokurorluq işçilərinin fəaliyyətinin qiymətləndirilməsi və peşə hazırlığının təşkili şöbəsinin rəisi, kiçik ədliyyə müşaviri Nigar Qələndərli konfransda açılış nitqi ilə çıxış ediblər.
Daha sonra Polis Akademiyası və Vəkillər Kollegiyası arasında birgə əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.