Yenilik.Az
www.Yenilik.Az » Ölkə » Hadrut qəsəbəsində inzibati mərkəzin təməli qoyulub

Hadrut qəsəbəsində inzibati mərkəzin təməli qoyulub

Hadrut qəsəbəsində inzibati mərkəzin təməli qoyulub
2023-05-05 , 18:07

Mayın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Xocavənd rayonunun Hadrut qəsəbəsində inzibati mərkəzin təməlinin qoyulması mərasimində iştirak ediblər.
Yenilik.az xəbər verir ki, dövlətimizin başçısına və Birinci vitse-prezidentə layihə barədə məlumat verilib.
Bildirilib ki, inzibati zonanın ümumi sahəsi 4,2 hektardır. Buraya inzibati bina, bələdiyyə binası, mədəniyyət mərkəzi və infrastruktur qurumlarının ofislərinin binaları daxildir.
Qəsəbənin inzibati ərazisinə bütün yol infrastrukturunun, kommunikasiya xətlərinin, o cümlədən işıq, rabitə və yüksəksürətli internetin çəkilməsi planlaşdırılır. Yol və kommunikasiya xətlərinin ümumi uzunluğu 1100 metr olacaq. Hadrut qəsəbəsinin inzibati ərazisinin tikintisinin 2024-cü ilin martında başa çatdırılması planlaşdırılır.
Prezident İlham Əliyev Hadrut qəsəbəsində inzibati mərkəzin təməlini qoyub.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.