Yenilik.Az
www.Yenilik.Az » Ölkə » Əhalinin nəzərinə! - iyunun 1-dən qüvvəyə minir - 30 manat cərimələnə bilərsiniz

Əhalinin nəzərinə! - iyunun 1-dən qüvvəyə minir - 30 manat cərimələnə bilərsiniz

Əhalinin nəzərinə! - iyunun 1-dən qüvvəyə minir - 30 manat cərimələnə bilərsiniz
2023-05-15 , 14:34

Daşınmaz əmlakın icbari sığortası ilə bağlı vətəndaşlara xəbərdarlıq edilməyə başlanılıb. Bu məqsədlə mənzillərə bildirişlər göndərilir.

Yenilik.az xəbər verir ki, evini sığorta etdirməyən vətəndaşlar isə cərimələnəcək.

Əslində bu, qanunvericilikdə daha əvvəldən nəzərdə tutulsa da tətbiq olunmurdu. Yeni elektron sistemin işə düşməsindən sonra sığortasız evlər avtomatik cərimələnəcək. Fiziki şəxslərə 30 manat, vəzifəli şəxslərə 80 manat, hüquqi şəxslərə isə 200 manat cərimə tətbiq ediləcək.

İyunun 1-dən işə düşəcək sistem həm əmlakın sığortalanması prosesini sadələşdirəcək, həm də əmlakın sığortalı olub-olmasına nəzarət imkanı yaradacaq.

Mənzillərin icbari sığorta məbləği Bakı şəhəri üzrə 50 AZN, Gəncə, Sumqayıt və Naxçıvanda 40 AZN, digər rayonlarda isə 30 AZN-dir.
 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.