Yenilik.Az
www.Yenilik.Az » Ölkə » “Əgər yenə də Ermənistan saxtakarlıq etməsə, yaxın gələcəkdə sülh müqaviləsi imzalana bilər”

“Əgər yenə də Ermənistan saxtakarlıq etməsə, yaxın gələcəkdə sülh müqaviləsi imzalana bilər”

“Əgər yenə də Ermənistan saxtakarlıq etməsə, yaxın gələcəkdə sülh müqaviləsi imzalana bilər”
2023-05-28 , 18:30

“Artıq Ermənistan bizim ərazi bütövlüyümüzü tanıdıqdan sonra faktiki olaraq sülh müqaviləsi üçün hər hansı bir ciddi maneə qalmayıb”.

Yenilik xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev mayın 28-də Laçında bu rayondan olan sakinlərlə görüşdə bildirib.
Dövlət başçısı əminliyini ifadə edib ki, yaxın gələcəkdə, - əgər yenə də Ermənistan saxtakarlıq etməsə və yenə də öz mövqeyini dəyişməsə, - sülh müqaviləsi imzalana bilər.
“İmzalansa, çox yaxşı, imzalanmasa da, hər halda Azərbaycan dövləti buna görə heç bir problemlə üzləşə bilməz. Çünki güclü tərəf bizik, danışıqlar masasında güclü mövqeyə sahib olan bizik, sərhəddə güclü mövqelərə sahib olan bizik. Sülh müqaviləsi imzalanmasa da, biz rahat və təhlükəsizlik şəraitində yaşayacağıq”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.