Yenilik.Az
www.Yenilik.Az » Ölkə » Azərbaycanda eşşəklər azalıb, dəvələr çoxalıb - STATİSTİKA

Azərbaycanda eşşəklər azalıb, dəvələr çoxalıb - STATİSTİKA

Azərbaycanda eşşəklər azalıb, dəvələr çoxalıb - STATİSTİKA
2023-09-18 , 15:49

Azərbaycanda qoyunlar, keçilər, atlar, eşşəklər, camışlar və donuzların sayında azalma müşahidə olunub. 


Yenilik.az-ın məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin (DSK) Azərbaycanda kənd təsərrüfatı heyvanları ilə bağlı ötən ilə dair hesabatında qeyd edilib.

Rəsmi məlumata görə, yalnız dəvələrlə inəklərin sayında artım baş verib. 

Dövlət Statistika Komitəsinin məlumatında diqqət çəkən məqamlardan biri Bakıda 2 eşşəyin qeydə alınmasıdır.

2022-ci ildə qoyunların sayı 7.314.166 başdan 7.170.828 başa enib.

Keçilər 585.520 başdan 580.840 başadək azalıb.

Camışlar 60.781 başdan 56.966 başa düşüb.

Eşşəklər 21.047 başdan 20.020 başadək azalıb.

Atların sayı 58.396 başdan 56.576 başa enib.

Donuzların sayı 5.954 başdan 5.130 başa düşüb.
Dəvələrin sayı isə əksinə, 332 başdan 357 başas yüksəlib.

İnəklərin də sayı 1.227.215 başdan 1.231.862 başadək çoxalıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.