Yenilik.Az
www.Yenilik.Az » Ölkə » Azərbaycan və Türkiyə Baş Qərargah rəisləri telefonla DANIŞDILAR

Azərbaycan və Türkiyə Baş Qərargah rəisləri telefonla DANIŞDILAR

Azərbaycan və Türkiyə Baş Qərargah rəisləri telefonla DANIŞDILAR
2023-09-19 , 15:41

Sentyabrın 19-da müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ilə Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Metin Gürak arasında telefon danışığı olub.


Müdafiə Nazirliyindən  verilən xəbərə görə, telefon danışığı zamanı Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri barədə müzakirələr aparılıb.

Qardaş ölkə Türkiyənin hər zaman olduğu kimi bu gün də Azərbaycanın yanında olduğu xüsusi vurğulanıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.