Yenilik.Az
www.Yenilik.Az » Ölkə » Azərlotoreya' TROL ORDUSU saxlayır? - AXI NİYƏ?

Azərlotoreya' TROL ORDUSU saxlayır? - AXI NİYƏ?

Azərlotoreya' TROL ORDUSU saxlayır? - AXI NİYƏ?
2023-10-29 , 17:06

Ölkəmizin şəriksiz və həm də dövlət tərəfindən himayə olunan yeganə rəsmi QUMAR ŞƏBƏKƏSİ - "Azərlotoreya"nın işləklərindən yazdıqca qurtarmaq bilmir. DİA.AZ bildirir ki, bu dəfə jurnalist Elnurə Abuşova özünün "facebook" səhifəsində maraqlı paylaşım edib. Və olduqca aktual bir məsələyə toxunub.


Jurnalist yazır: "Mənim "Azərlotoreya"da işləyən işçilərlə xoş münasibətim var. 2 dəfə də tədbirlərinə dəvət alıb getmişəm. İş gəldi-gedərdi, münasibət qalıcı. Ağıllı adamlar işə görə münasibəti korlamır. Nöqsan, şikayət varsa, onu işıqlandırmaq mənim peşə borcumdu.
Problemi yazmışam, vətəndaşın udduğu 865 manatı bəhanə gətirib vermirlər. Bir iki qurum və ekspertlərin sorğuya cavabını gözləyirəm geniş yazım.
İşçilər qalıb bir kənarda, onlardan aylıq alan media nümayəndələri düşüb ortaya. Papadan artıq katolik olublar. Siz pulu reklam və press reliz yayımı üçün alırsız. Daha əlinizə qalxan götürüb trolluq etməyə yox..."

DİA.AZ bildirir ki, Abuşovanın bu iddiası geniş müzakirəyə nədən olub.

Məsələ ilə bağlı Yenilik.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.