Yenilik.Az
www.Yenilik.Az » Ölkə » Növbəti 2 günlə bağlı əhaliyə CİDDİ XƏBƏRDARLIQ

Növbəti 2 günlə bağlı əhaliyə CİDDİ XƏBƏRDARLIQ

Növbəti 2 günlə bağlı əhaliyə CİDDİ XƏBƏRDARLIQ
2023-12-15 , 14:48

Dekabrın 16-17-də Günəş küləyinin təsiri ilə G3 səviyyəli (güclü) geomaqnit qasırğası baş verə bilər.


Bu barədə AZXEBER.COM-a Şamaxı Astrofizika Rəsədxanasından bildirilib.Qeyd edilib ki, dekabrın 14-də saat 21:02-də Günəşdə 3514 oblastında X2.87 sinifli alışma baş verib.

Alışmalar Günəş fəallığının əsas elementidir və A, B, C, M və X sinif alışmalar kimi təsnifləşdirilib. X sinif alışmalar ən güclü alışmalardır. Sonuncu belə alışma isə 2017-ci ildə baş verib.

Alışmalar bəzən Tac Kütlə Atılmaları (TKA) ilə müşaiyət olunur. Adətən Tac Kütlə Atılmalarının yaratdığı Günəş küləyi Yerə ortalama olaraq 48-72 saat ərzində çatır. Birbaşa Günəş Yer xətti üzərində (mərkəzi meridianda) çox güclü alışma baş verərsə, Yerə təsiri daha tez çatır və daha intensiv olur. Son alışma isə Günəş diskinin qərb kənarına yaxın baş verib ki, bu da onun Yerə təsirini zəiflədir.
Alışma səbəbli püskürülən TKA ~1900 km/san sürətlə Yerə doğru hərəkət edir və Yerə təsir edəcək komponentə malikdirsə, o zaman 16-17 dekabrda Günəş küləyinin təsiri ilə G3 səviyyəli (güclü) geomaqnit qasırğası baş verə bilər. Həmçinin Günəşin səthində Tac dəliyi Mərkəzi meridianda olduğundan əlavə olaraq onun da təsiri 20 noyabradək davam edəcək.

Bu gün isə 11 dekabrda baş vermiş TKA və Tac dəliyinindən çıxan Zərrəcik Selinin təsiri ilə G1 səviyyəli (zəif) geomaqnit qasırğası gözlənilir. Tac Dəliyinin əlavə təsiri 20 noyabradək davam edəcək.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.