Yenilik.Az
www.Yenilik.Az » Ölkə » Deputatın oğlu Londondakı mənzilini satdı - FOTO

Deputatın oğlu Londondakı mənzilini satdı - FOTO

Deputatın oğlu Londondakı mənzilini satdı - FOTO
2024-02-06 , 23:03

Milli Məclisin deputatı Azər Kərimlinin oğlu Fəxri Kərimli Londondakı mənzilini 625 min funt sterlinqə (1,33 milyon manat) satıb. Hazırda beynəlxalq neft treyderi kimi fəaliyyət göstərən Fəxri Kərimli Londonun Ability meydanındakı (Millharbour 37, mənzil 186) 94 kv. metrlik 3 otaqlı əmlakına ötən il müştəri tapıb.

 
Pravda.az xəbər verir ki, bunu araşdırmaçı jurnalist Cavanşir Həsənli yazır. 
 
"Mənzil Fəxri Kərimlinin Londonda təhsil aldığı dövrdə, 2013-cü ildə alınıb və o zamankı dəyərindən 16% artıq qiymətə satılıb. Əmlakın satışının nə ilə əlaqəli olduğu bəlli deyil. Deputatın ailəsi uzun müddətdir ki, Londonda məskunlaşıb" - C.Həsənli bildirib.
 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.