Yenilik.Az
www.Yenilik.Az » Ölkə » Vəkillər Kollegiyasının nümayəndə heyəti Türkiyədə beynəlxalq konfransda iştirak edib - FOTO  

Vəkillər Kollegiyasının nümayəndə heyəti Türkiyədə beynəlxalq konfransda iştirak edib - FOTO
 

Vəkillər Kollegiyasının nümayəndə heyəti Türkiyədə beynəlxalq konfransda iştirak edib - FOTO

 
2024-03-13 , 21:00

Cari ilin 7-10 mart tarixlərində Türkiyə Respublikasının İstanbul şəhərində İstanbul Barosunda Avropa Gənc Vəkillər Assosiasiyasının (EYBA) təşkilatçılığı ilə “Vəkillikdə innovativ sərhədlər: texnologiya və qloballaşmanın kəsişməsinin istiqamətləndirilməsi” mövzusuna həsr olunan konfrans keçirilib.

Tədbirdə ABŞ-nin və Avropanın bir çox ölkələrinin vəkilləri, habelə hüquqşünasları iştirak ediblər.
Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının (ARVK) EYBA-da səlahiyyətli nümayəndəsi Yunis Nəsibov, ARVK-nın üzvləri - Nərmin Zülfüqarlı, Anar Tağızadə, Nurəngiz Qarayeva, Ənvər Əmirəliyev və Sübhan Əliyev sözügedən konfransa qatılıb.
Tədbir İstanbul Barosunun sədri Filiz Saraç, Gənc Vəkillər Mərkəzinin rəhbəri Sevim Hazal Görmüş və EYBA-nın prezidenti Sergiy Barbashynın açılış nitqləri ilə başlayıb. Sergiv Barbashyn EYBA-nın təşəbbüsü ilə görülən işlər, davam edən layihələr, gələcək planlar barədə məlumat verib və gənc vəkillərin iş prosesində üzləşdiyi bir sıra problemləri dilə gətirib.
O bildirib ki, EYBA demokratiya, insan hüquq və azadlıqları, ədalətin çatımlılığı, qanunun aliliyi kimi əsas fundamental prinsiplər üzərində qurulub və əsas məqsədi Avropada gənc hüquqşünasların təhsilinin, rifahının yaxşılaşdırılması, onlar arasında peşəkar və sosial əlaqələrin qurulması və.s məsələləri tənzimləməkdir. Konfransın əsas hissəsinin 8 Mart - Beynəlxalq Qadınlar Günündə keçirilməsinə diqqət çəkən prezident gender bərabərliyinin əhəmiyyətini və bunu dəstəklədiyini vurğulayıb.
Sonra Avropa Vəkillər Federasiyasının (FBE) prezidenti İzabela Konopacka, Almaniya Federal Vəkillər Kollegiyasının direktoru Dr. Veronika Denninger çıxış ediblər, bir çox vəkil və təlimçilər tərəfindən maarifləndirici nitqlər səsləndirilib.
Konfrans müddətində hüquq sahəsində texnologiyanın tətbiq edilməsi, kibertəhlükəsizlik, gənc vəkillərin üzləşdiyi qlobal problemlər, süni intellektin hüquq sahəsindəki rolu, rəqəmsal dövrdə aviasiya və kosmos hüququnun əsas problemləri və sair mövzular təqdimatlarla izləyicilərə çatdırılıb.
Tədbirin ikinci günü EYBA-nın Ümumi Yığıncagı baş tutub. Yığıncaqda hazırda davam edən layihələr, gələcək planlar, təşkilati xərclər və qurumun idarəçiliyi ilə bağlı digər məsələlər müzakirə edilib.
Eyni zamanda, konfrans müddətində gənc vəkillər arasında sosial əlaqələrin qurulması istiqamətində bir çox təşəbbüslər göstərilib, o cümlədən fərqli iş yeməkləri, sosial fəaliyyətlər həyata keçirilib.
Sonda iştirakçılara rəsmi ziyafət təşkil olunub.














Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.