Yenilik.Az
www.Yenilik.Az » Ölkə » Azərbaycanda kartof BAHALAŞDI

Azərbaycanda kartof BAHALAŞDI

Azərbaycanda kartof BAHALAŞDI
2025-03-07 , 15:03

Ən çox istifadə edilən tərəvəz olan kartofun qiyməti artıb.

 
Yenilik.az Xəzər TV-yə istinadən xəbər verir ki, son 20 gündür ki, bazarlarda kartofun ən bahalı qiyməti 2 AZN, ən ucuz qiyməti isə 1,20 AZN-dir.
 
Satıcıların sözlərinə görə, qiymət artımına səbəb bazarda yerli məhsulun az olması və xaricdən də kartof idxalının azalmasıdır.
 
Satıcılar həmçinin bildiriblər ki, hazırda bazarda daha çox yerli kartof mövcuddur.
 
İqtisadçılar isə bahalaşmanın iki əsas səbəbini qeyd edirlər. Onların fikrincə, birinci səbəb xaricdən kartof idxalının azalmasıdır. İkinci səbəb isə dizel yanacağının qiymətinin 25% artmasıdır. Bu iki amil kartofun qiymətinə təsir göstərir.
 
Qeyd edək ki, 2024-cü ildə ölkədə təxminən 1 milyon ton kartof istehsal edilib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.