Yenilik.Az
www.Yenilik.Az » Ölkə » "Böyük Britaniyada kommersiya məsələlərində mediasiyanın rolu: Qısa müqayisəli təhlil" kitabının imza günü keçirilib

"Böyük Britaniyada kommersiya məsələlərində mediasiyanın rolu: Qısa müqayisəli təhlil" kitabının imza günü keçirilib

2025-04-26 , 15:50

26 aprel 2025-ci il tarixində Integro Attorneys & Consultants şirkətinin direktoru, hüquqşünas Leyla Şahbazovanın kitabının imza günü baş tutub. İmza günündə Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov, mediasiya təşkilatı rəhbərləri və mediatorlar iştirak edib.


Açılış nitqi ilə çıxış edən Nadir Adilov qonaqları salamlayıb. O, çıxışı zamanı kitabın mediasiyanın tədris vəsaiti kimi təsirinə diqqət çəkib.

Leyla Şahbazova çıxış edərək kitabda əks olunan əsas məqamları nəzərə çatdırıb. Daha sonra o, mediasiyanın digər ölkələr nəzdində ölkəmizdə alternativ həll yolu kimi uğurundan söz açıb.

Sonda kommersiya mübahisələrinin mediasiya ilə həllində Böyük Britaniya təcrübəsini müqayisəli şəkildə oxuculara çatdıran bu əyani vəsait iştirakçılara ödənişsiz olaraq təqdim edilib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.