İranın Azərbaycana təyin etdiyi səfirin ADI AÇIQLANDI

İran Xarici İşlər Nazirliyinin Avrasiya Baş İdarəsinin rəisi Muctəba Dəmirçili ölkənin Bakıdakı yeni səfiri təyin edilib.
Məlumata görə, Muctəba Dəmirçili bundan əvvəl Nazirliyin Avrasiya Baş İdarəsinin rəhbəri kimi fəaliyyət göstərib. Yeni təyinatla o, rəsmi olaraq İran İslam Respublikasının Azərbaycandakı diplomatik nümayəndəliyinə rəhbərlik edəcək.
İran Xarici İşlər Nazirliyi məsələ ilə bağlı hələ rəsmi açıqlama verməsə də, ISNA-nın məlumatında qeyd olunur ki, Muctəba Dəmirçili diplomatik karyerası ərzində Avrasiya regionunda müxtəlif vəzifələrdə çalışıb və səfiri olduğu müddətdə ikitərəfli əlaqələrin inkişafına töhfə verməsi gözlənilir.
OXŞAR XƏBƏRLƏR