Yenilik.Az
www.Yenilik.Az » Ölkə » FHN: "Xocalı, Xocavənd və Şuşada dağlıq ərazidə baş verən yanğınlar tam söndürüldü"

FHN: "Xocalı, Xocavənd və Şuşada dağlıq ərazidə baş verən yanğınlar tam söndürüldü"

FHN:
2025-07-27 , 04:07

Xocavənd rayonunun Yenikənd, Şuşa rayonunun Böyük Qaladərəsi və Xocalı rayonunun Aşağı Yemişcan kəndləri istiqamətində dağlıq ərazidə baş vermiş yanğınlar mürəkkəbliyinə baxmayaraq, Fövqəladə Hallar Nazirliyi (FHN) yanğın-xilasetmə qüvvələrinin yüksək peşəkarlığı və əməkdaşların xüsusi fədakarlığı sayəsində tam söndürülüb.

Bu barədə FHN məlumat yayıb.
Hazırda Ağdərə rayonunun Talış və Goranboy rayonunun Tapqaraqoyunlu kəndlərində yanğınla mübarizə tədbirləri fasiləsiz və intensiv şəkildə davam etdirilir.
Əlavə məlumat veriləcək.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.