Yenilik.Az
www.Yenilik.Az » Ölkə » Azərbaycanda süni yağış yağdırılacaq – Tarix açıqlandı

Azərbaycanda süni yağış yağdırılacaq – Tarix açıqlandı

Azərbaycanda süni yağış yağdırılacaq – Tarix açıqlandı
2025-09-10 , 17:27

Növbəti iki il ərzində Azərbaycanda süni yağış texnologiyasından istifadə edilməsi nəzərdə tutulur.

Bu barədə Bakıda keçirilən II Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransının – “Baku Water Week”in (Bakı Su Həftəsi) açılışı çərçivəsində məlumat əldə edib.
Belə ki, ölkədə hazırda süni yağış texnologiyasının inkişafı ilə bağlı tədqiqatlar aparılır. Bu ilin sonunadək bu texnologiyanın texniki-iqtisadi əsaslandırma və layihə sənədlərinin hazırlanması işləri başa çatdırılacaq.
2026-cı ildə müvafiq sahədə pilot layihə həyata keçiriləcək və ərazilər müəyyənləşdiriləcək.
Bu işlər başa çatdırıldıqdan sonra 2027-ci ildə Azərbaycanda süni yağış texnologiyası ilə bağlı 1 pilot layihə icra ediləcək.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.