Yenilik.Az
www.Yenilik.Az » Ölkə » Ata Abdullayev azadlığa çıxmaq istəyir

Ata Abdullayev azadlığa çıxmaq istəyir

Ata Abdullayev azadlığa çıxmaq istəyir
2025-11-28 , 20:39

Bir neçə nəfəri şantaj etmə ittihamı ilə 7 illik həbs edilən bloqer Ata Abdullayev azadlığa çıxmaq istəyir.

Yenilik.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, o, vaxtından tez sərbəst buraxılmaq məqsədilə məhkəməyə müraciət edib.

Ata Abdullayev ərizəsində yazıb ki, təyin edilmiş həbs cəzasının 2/3 hissəsini çəkib, həmin müddətdə cəzaçəkmə müəssisəsində özünü nümunəvi aparıb. O, artıq islah edilmiş hesab edildiyindən qalan 2 il 5 aylıq cəzasını şərti çəkmək istədiyini qeyd edib.

Məhkəmə Ata Abdullayevi vaxtından əvvəl azadlığa buraxmayıb. Onun ərizəsi geri qaytarılıb.

Qeyd edək ki, Ata Abdullayev 2021-ci ilin martından həbsdədir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.