Yenilik.Az
www.Yenilik.Az » Ölkə » Bacısından ofis icarəyə götürən Agentlik rəhbərinin tenderi ləğv edildi

Bacısından ofis icarəyə götürən Agentlik rəhbərinin tenderi ləğv edildi

Bacısından ofis icarəyə götürən Agentlik rəhbərinin tenderi ləğv edildi
2025-11-28 , 21:19

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Sosial Xidmətlər Agentliyinin tenderi ləğv olunub.

Tribunainfo.az xəbər verir ki, bu barədə rəsmi qaynaqlarda məlumat yayılıb.
Bildirilir ki, Agentlik Salyan rayonunda əlilliyi müəyyən olunmuş şəxslər və Şəhid ailələri üçün mənzillər tikməyi planlaşdırıb. Belə ki, sözügedən qurum 9 ədəd ikiotaqlı və 6 ədəd üçotaqlı mənzilin inşasını reallaşdırmaq fikrində olub. Bunun üçün 1 milyon 258 min 425 manat pul ödəməyə də hazır olub. Lakin Anti İnhisar və İstehalak Bazarına Nəzarət Dövlət Agentliyi “Dövlət satınalmaları haqqında” qanunun 36.1.-ci maddəsinin tələbinin pozulması səbəbindən tenderin nəticəsini ləğv edib.
Xatırladaq ki, Sosial Xidmətlər Agentliyinin adı bir qədər əvvəl ofis icarəsi məsələsində qalmaqala qarışmışdı. Belə ki, Agentliyin rəhbəri Vüqar Behbudovun öz bacısından ofis icarəyə götürməsi faktı üzə çıxmışdı.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.