Deputat: “Əli Kərimlinin evində axtarış aparılması ölkə daxilində asayişin təminatına xidmət göstərir”
“Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin evində axtarış aparılır. Bu axtarışın Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin işi ilə bağlı həyata keçirilməsinə dair məlumatlar yayılıb. Artıq Azərbaycan ictimai fikrində belə bir mövqe formalaşıb ki, Ramiz Mehdiyevin Azərbaycandakı radikal qüvvələrlə sıx əlaqəsi olub. Bu faktı təsdiqləyən çoxsaylı sübutlar, dəlillər ortadadır. Təsəvvür edin ki, 2019-cu ilin oktyabr ayının 19-da Əli Kərimli Azərbaycanda hakimiyyət əleyhinə əvvəlki mitinqlərlə müqayisədə daha böyüyünü təşkil etməyə cəhd göstərdi. Bundan bir qədər sonra Ramiz Mehdiyev vəzifəsindən uzaqlaşdırıldı. Fikir verirsiniz, o vaxtdan bəri altı il keçib və altı il ərzində Əli Kərimlinin belə mitinqlər keçirməklə bağlı heç bir potensialı ortaya çıxmır. Belə cəhdlərin uğursuzluğu bəri başdan bəllidir. Çünki ona dəstək verən əsas qüvvə ortadan çıxıb. Azərbaycan ictimai mövqeyində bu fikir kifayət qədər möhkəm əsaslara malikdir. Deməli, Ramiz Mehdiyev Əli Kərimlini dəstəkləyirdi, maliyyə, inzibati dəstək verirdi. İstəyirdi, belə bir fon yaratsın ki, əgər Ramiz Mehdiyev olmasa, Əli Kərimli və bütövlükdə müxalifətin, onun artan mitinqlərinin qarşısında dayanmaq mümkünsüz olacaq”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.
“Gördüyünüz kimi, Ramiz Mehdiyev hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra daha bu tip mitinqlər yoxdur. Əli Kərimlinin də bu istiqamətdə hər hansı cəhdləri tam uğursuzluğa düçar olur. Deməli, Ramiz Mehdiyev Əli Kərimlidən istifadə edirdi, onu gizli şəkildə dəstəkləyirdi. Eyni zamanda, burada ilk baxışdan qəribə görünən, əslində isə çox həqiqətlərə işıq salan başqa bir reallıq da diqqətdən yayınmır. Belə ki, xaricdəki söyüş müxalifəti son zamanlar bir-birinin ardınca öz fəaliyyətinə özü xitam verir. Deyirlər ki, maliyyə dəstəyi olmadan fəaliyyətimizi davam etdirə bilmirik. Bizə ayda üç-beş min avro pul lazımdır, o da bizdə yoxdur. Təbii ki, sual yaranır - illərdir, Azərbaycan dövləti, dövlətçiliyi əleyhinə qənim kəsilmisiniz, saxta, feyk məlumatlar paylaşırsınız, insanların şərəf və ləyaqətini alçaltmaq işi ilə məşğulsunuz, dezinformasiya paylaşmaq siyasətini həyata keçirirsiniz, nə oldu, birdən-birə sizin maliyyə imkanlarınız yoxa çıxdı? Deməli, Ramiz Mehdiyevə ev dustaqlığı verilib və bu anti-milli ünsürlərə, milli dönüklərə pul göndərmək imkanları məhdudlaşıb. Onlar da özlərini "bankrot" elan etməyə başlayıblar. Sinxronluq və Ramiz Mehdiyevlə əlaqə diqqətdən yayınmır. Həm də burada başqa bir həqiqət də var. Rusiya-Ukrayna müharibəsinin yaxın zamanda bitəcəyi istisna deyil. Belə olan halda Rusiyanın yenidən Cənubi Qafqazda möhkəmləndirmək istiqamətində addımlar atacağını proqnozlaşdırmaq da elə çətin deyil. Bəs kimin hesabına? Yenə də Ramiz Mehdiyev və ona bağlı olan qüvvələr hesabına. Ölkə daxilində çaxnaşma salsınlar, səfərbər olunmuş cəmiyyəti parçalasınlar, vətəndaş həmrəyliyini pozsunlar, xalq və Prezident ətrafındakı monolit birliyi dağıtsınlar. Bunun üçün kimdən istifadə etsinlər? Təbii ki, Ramiz Mehdiyevlə bağlı olan qüvvələrdən. Həmin qüvvələrin sırasında Əli Kərimlinin olması çoxsaylı faktlar öz təsdiqini tapır. Buna görə də hesab edirəm, bu gün Azərbaycan hökumətinin atdığı addımlar tam məntiqli, qanunauyğundur. İmkan vermək olmaz ki, böyük zəhmət hesabına qazanılan uğurlarımıza kimlərsə kölgə salsın. İmkan vermək olmaz ki, bütün uğurlarımızın kökündə dayanan bu siyasi sabitliyi, xalq-Prezident birliyini kimlərsə pozsun, prosesə əngəl törətsin. Biz bu sabitliyi göz bəbəyi kimi qorumalıyıq. Bütün bu sabitliyə yönəlmiş qara əllərin qarşısını almalıyıq. Və bu baxımdan AXCP sədrinin evində axtarış aparılması tam qanunauyğundur. Hüquqi addımdır. Bu, ilk növbədə Azərbaycan dövlətinin təhlükəsizliyi və ölkə daxilində asayişin təminatına xidmət göstərir”, - deputat qeyd edib.

Ramiz Mehdiyev – nankorluq və xəyanət anatomiyası: onun planında kimlər olub?
Ramiz Mehdiyevin dövlət çevrilişi planını Rusiya ifşa edib – ŞOK
Ramiz Mehdiyevin xəyanət dosyesi...
Mehdiyevin hakimiyyətdə gizlənən komandası: KİMLƏRDİR?
20 Yanvar faciəsindən bir gün öncə... - "Ramiz Mehdiyevin "şinel"indən çıxan Əli Kərimli..."
Misir Mərdanovdan Həsən Həsənovla bağlı sensasion yazı: “Ramiz Mehdiyev dedi ki…”
Ramiz Mehdiyev–Əli Kərimli xətti: Dövlətə qarşı gizli siyasi şəbəkə araşdırılır - Onlar Kremlin hansı sifarişlərini yerinə yetirirdilər?
Prezident bu şəxsləri əfv etdi - Siyahı
Daxili təhdidlər və milli kimliyin qorunması – İdeoloji suverenliyin müdafiəsi üçün ZƏRURİ ADDIMLAR
DTX-dən qabaqlayıcı tədbir: Mehdiyevin xəyanət planında Əli Kərimlinin AXCP-si hansı rolu oynayırdı?
Gəzmədiyi nazirlik qalmayıb — Ramiz Mehdiyev oğlunu hakimiyyətə hazırlayırdı?
Ramiz Mehdiyevin xəyanət komandası: Rusiyanın Bakıda qurduğu 5-ci kolon ləğv edilir, daha kimlər həbs ediləcək...
“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14
Ayı Xocalıda evin həyətinə girdi - VİDEO 2026-07-16 , 09:12
Yaxşı ki, yatmamışdım - Evi yanan musiqiçi 2026-07-16 , 09:08
Aytən Səfərova:"Yazırlar ki, "nə boydadır?" - Video 2026-07-16 , 09:00
Sumqayıtda KÖRPÜDƏ TƏHLÜKƏLİ vəziyyət 2026-07-16 , 08:53
Məşhur psixoloqların əl yandıran qiymətləri – ARAŞDIRMA 2026-07-15 , 17:04
1 saatlıq nasazlıq xəstəxanada bu görüntünü yaratdı - Video 2026-07-15 , 16:51
Pulu versələr də, tez-tez qaranlıqda qalırlar - Abşeron sakinlərindən ŞİKAYƏT - VİDEO 2026-07-15 , 16:49
Hüseyndən Zaur Kamala: "Pulumu qaytar, 1500 manat..." 2026-07-15 , 16:43
İncəsənət Gimnaziyasında nə baş verir? - Rəsmi açıqlama 2026-07-15 , 16:16
Sumqayıtda qanunsuz söküntü iddiası 2026-07-15 , 16:14
Sumqayıtda 35 günlük körpə həkim səhlənkarlığının qurbanı olub?-TƏFƏRRÜAT 2026-07-15 , 16:13
Sumqayıtda piyada səkisini "stol-stul zəbt edib" 2026-07-15 , 16:11
Rəqsanə hovuz kənarında: “Qaşları həddən artıq dartılıb”, – dedilər - VİDEO 2026-07-15 , 16:09
Şirkətlər “AccessBank”dan pullarını geri çəkir 2026-07-15 , 16:05
"Kompleksim olsaydı, bu reklama çəkilməzdim" 2026-07-15 , 16:03
Tiktoker "Arzum"un həbsi ilə bağlı şok detallar 2026-07-15 , 01:31
Zaur Nəbioğluya vəzifə verildi 2026-07-15 , 01:17
Pünhan Piriyevin ölüm xəbəri yayıldı - VİDEO 2026-07-15 , 00:55