Qaz və işıq tarifləri ilə bağlı VACİB AÇIQLAMA: Artıq ödənişləri bu cür edəcəksiniz
Azərbaycanda elektrik enerjisi və təbii qaz təchizatı üzrə istehlak səviyyəsindən asılı olmayan aylıq sabit tariflər müəyyənləşdirilib.
Tarif Şurasının məlumatına görə, sabit tariflərin tətbiqində məqsəd elektrik enerjisi və təbii qaz təchizatı üzrə infrastrukturun saxlanılması, xidmətlərin göstərilməsi və digər sabit xərclərin istehlakçılar arasında balanslı şəkildə bölüşdürülməsidir. Bildirilib ki, abonentlərdən aylıq sabit ödənişlərin tutulması bir çox ölkələrdə tətbiq olunur və bu mexanizm təchizat sisteminin davamlı fəaliyyətinin təmin edilməsində mühüm rol oynayır.
Qərara əsasən, elektrik enerjisi üzrə aylıq sabit tarif əhali və birfazalı təchizat sxemi ilə enerji istehlak edən qeyri-əhali abonentləri üçün 1 manat, üçfazalı təchizat sxemi ilə enerji istehlakı edən qeyri-əhali abonentləri üçün isə 3 manat müəyyən edilib.
Təbii qaz üzrə aylıq sabit tarif əhali və məişət qaz qurğuları ilə qoşulan qeyri-əhali istehlakçıları üçün 1 manat, sənaye qaz qurğuları ilə qoşulan qeyri-əhali istehlakçıları üçün isə 3 manat təşkil edəcək.
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Xalid Kərimli bildirib ki, kommunal xidmətlərdə sabit tarif mexanizmi uzun müddətdir dünya ölkələrində tətbiq olunur və özünü doğruldub:
“Bu mexanizmin tətbiqi kommunal xidmət göstərən qurumların – Azərsu, Azəriqaz, Azərişıq kimi təşkilatların maliyyə sabitliyinin yaxşılaşmasına, hesabatlılığın artmasına və dövlət büdcəsindən asılılığın azalmasına xidmət edir. Bu, qiymət artımı deyil. Əksinə, növbəti illərdə tarif artımlarını azaldan amilə çevrilə bilər”.İqtisadçının sözlərinə görə, qaz və elektrik təchizatının dayanıqlı və təhlükəsiz fəaliyyəti üçün arxa planda minlərlə işçi çalışır və ciddi xərclər çəkilir. Bu xərclərin yalnız faktiki istehlak edənlərin üzərinə düşməsi müəyyən mənada ədalətsizlik yaradır:
“Vətəndaşın bir neçə mənzili varsa və onlardan yalnız birində qaz və işıqdan istifadə edirsə, indiyədək boş qalan mənzillər üzrə xərclər dolayı yolla istifadə edənlərin üzərinə düşürdü. Sabit tariflə bu xərclər bütün abonent kodları üzrə bölüşdürüləcək və daha ədalətli sistem formalaşacaq”.Xalid Kərimli əlavə edib ki, 2026-cı ildən etibarən vətəndaşlar bütün abonent kodları üzrə aylıq sabit tarif ödəməli olacaqlar. Məsələn, aylıq qaz sərfiyyatı 8 manat olan abonent əlavə olaraq 1 manat sabit tarif də ödəyəcək. Onun sözlərinə görə, bu mexanizm mobil və stasionar telefon xidmətlərində mövcud olan aylıq abunə haqqına bənzəyir.
Beləliklə, sabit tariflərin tətbiqi kommunal xidmətlərin maliyyə dayanıqlığını gücləndirməklə yanaşı, xərclərin istehlakçılar arasında daha balanslı və ədalətli bölüşdürülməsinə xidmət edəcək.
OXŞAR XƏBƏRLƏR


Prezident “Gülüstan” sarayında iclasda iştirak etdi – Fotolar – Yenilənib
İcbari Tibbi Sığorta Fondunda ciddi nöqsanlar AŞKARLANDI
Prezident “Kazinform”a müsahibə verdi - TAM MƏTN
İctimai nəqliyyatda gedişhaqqı dəyişdi
“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14
Ayı Xocalıda evin həyətinə girdi - VİDEO 2026-07-16 , 09:12
Yaxşı ki, yatmamışdım - Evi yanan musiqiçi 2026-07-16 , 09:08
Aytən Səfərova:"Yazırlar ki, "nə boydadır?" - Video 2026-07-16 , 09:00
Sumqayıtda KÖRPÜDƏ TƏHLÜKƏLİ vəziyyət 2026-07-16 , 08:53
Məşhur psixoloqların əl yandıran qiymətləri – ARAŞDIRMA 2026-07-15 , 17:04
1 saatlıq nasazlıq xəstəxanada bu görüntünü yaratdı - Video 2026-07-15 , 16:51
Pulu versələr də, tez-tez qaranlıqda qalırlar - Abşeron sakinlərindən ŞİKAYƏT - VİDEO 2026-07-15 , 16:49
Hüseyndən Zaur Kamala: "Pulumu qaytar, 1500 manat..." 2026-07-15 , 16:43
İncəsənət Gimnaziyasında nə baş verir? - Rəsmi açıqlama 2026-07-15 , 16:16
Sumqayıtda qanunsuz söküntü iddiası 2026-07-15 , 16:14
Sumqayıtda 35 günlük körpə həkim səhlənkarlığının qurbanı olub?-TƏFƏRRÜAT 2026-07-15 , 16:13
Sumqayıtda piyada səkisini "stol-stul zəbt edib" 2026-07-15 , 16:11
Rəqsanə hovuz kənarında: “Qaşları həddən artıq dartılıb”, – dedilər - VİDEO 2026-07-15 , 16:09
Şirkətlər “AccessBank”dan pullarını geri çəkir 2026-07-15 , 16:05
"Kompleksim olsaydı, bu reklama çəkilməzdim" 2026-07-15 , 16:03
Tiktoker "Arzum"un həbsi ilə bağlı şok detallar 2026-07-15 , 01:31
Zaur Nəbioğluya vəzifə verildi 2026-07-15 , 01:17
Pünhan Piriyevin ölüm xəbəri yayıldı - VİDEO 2026-07-15 , 00:55