Yenilik.Az
www.Yenilik.Az » Ölkə » Gömrüyün 34 yaşlı sədr müavini 9 aya mayordan general-mayor rütbəsinə yüksəldi

Gömrüyün 34 yaşlı sədr müavini 9 aya mayordan general-mayor rütbəsinə yüksəldi

Gömrüyün 34 yaşlı sədr müavini 9 aya mayordan general-mayor rütbəsinə yüksəldi
2026-01-30 , 00:14

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Dövlət Gömrük Komitəsinin əməkdaşlarına ali xüsusi rütbələr verilib.
Məlumata görə, “gömrük xidməti general-mayoru” ali xüsusi rütbəsi verilən şəxslərdən biri Dövlət Gömrük Komitəsi sədrinin müavini Fuad Məmmədovdur.
F.Məmmədov 12 mart 2025-ci ildə DGK sədrinin müavini təyin edilib. O, vəzifəyə təyin ediləndə gömrük xidməti mayoru idi.
Ötən ilin may ayında isə Fuad Məmmədova gömrük xidməti polkovniki rütbəsi verilib.
Qeyd edək ki, Fuad Məmmədov müavin təyinatına kimi Dövlət Gömrük Komitəsinin Ümumdünya Gömrük Təşkilatında nümayəndəsi olub.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.