Azərbaycan gəncləri cəmiyyətin ən fəal, təşəbbüskar və yaradıcı təbəqəsini təşkil edir
2 Fevral – Azərbaycan Gəncləri Günü ölkəmizdə gəncliyə verilən yüksək dəyərin, ardıcıl dövlət siyasətinin və gələcəyə hesablanmış strateji baxışın bariz göstəricisidir. Bu gün Azərbaycan gəncləri cəmiyyətin ən fəal, təşəbbüskar və yaradıcı təbəqəsini təşkil edir. Onların bilik və bacarıqlarının inkişafı, müasir çağırışlara uyğun formalaşması, ictimai-siyasi və intellektual həyatda fəal iştirakı dövlət siyasətinin əsas prioritetləri sırasındadır. Məhz bu yanaşmanın nəticəsidir ki, gənclər bu gün təkcə ölkənin gələcəyi deyil, eyni zamanda onun inkişafını şərtləndirən əsas aparıcı qüvvəyə çevriliblər.
Müasir Azərbaycan gənclər siyasətinin təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş, bu siyasət Prezident İlham Əliyevin rəhbərliyi ilə dövrün tələblərinə uyğun şəkildə daha da inkişaf etdirilmişdir. Prezident İlham Əliyev çıxışlarında dəfələrlə vurğulamışdır ki, gənclər azad, sabit və özünə güvənən ölkədə yaşayır və bu imkanlardan düzgün, səmərəli şəkildə istifadə etməlidirlər. Bu çağırış gənclərin həm şəxsi inkişafına, həm də cəmiyyət və dövlət qarşısında məsuliyyətli vətəndaş kimi formalaşmasına yönəlmiş strateji mesajdır.
Dövlətin gənclərə göstərdiyi diqqətin mühüm nümunələrindən biri 2007-ci ilin “Gənclər ili” elan olunmasıdır. Bu qərar gənclərin ictimai, mədəni və sosial həyatda fəallığını əhəmiyyətli dərəcədə artırmış, onların təşəbbüslərinin dəstəklənməsi üçün yeni institusional mexanizmlər yaratmışdır. Məhz həmin dövrdən başlayaraq ölkənin müxtəlif şəhər və rayonlarında “Gənclər evi” sosial xidmət müəssisələrinin yaradılması prosesi geniş vüsət almışdır. Bu mərkəzlər gənclərin asudə vaxtının səmərəli təşkili ilə yanaşı, onların vətənpərvərlik ruhunda formalaşmasına, sosial və kommunikativ bacarıqlarının inkişafına mühüm töhfə verir.
Azərbaycan Respublikasının gənclər siyasətində təhsil xüsusi yer tutur. “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramı gənclərin intellektual potensialının artırılması, onların elmi-təhsil mühitinə daha fəal inteqrasiyası baxımından mühüm mərhələ olmuşdur. Bu proqram çərçivəsində gənclərin təhsilə çıxış imkanları genişləndirilmiş, onların innovativ düşüncə tərzinin formalaşdırılması prioritet istiqamət kimi müəyyən edilmişdir.
Xüsusilə gənclərin xaricdə təhsilinə dövlət qayğısı Azərbaycan gənclər siyasətinin ən strateji istiqamətlərindən biridir. Prezident İlham Əliyevin “qara qızılı insan kapitalına çevirmək” strategiyası çərçivəsində gənclərin qabaqcıl xarici ali təhsil müəssisələrinə cəlb edilməsi ardıcıl şəkildə həyata keçirilmişdir. 2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı, eləcə də “2019–2023-cü illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” nəticəsində 5000-dən artıq gənc dünyanın nüfuzlu universitetlərində təhsil almaq imkanı əldə etmişdir. Bu məqsədlə dövlət tərəfindən 200 milyon manatdan artıq vəsait xərclənmişdir.
Bu siyasətin davamı olaraq Prezident İlham Əliyevin 28 fevral 2022-ci il tarixli Sərəncamı ilə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” təsdiq edilmişdir. Proqram çərçivəsində hər il 500 nəfərədək Azərbaycan vətəndaşının bakalavriat, magistratura və doktorantura səviyyələrində xaricdə təhsil alması nəzərdə tutulur. 2024–2025-ci tədris ilində artıq 500 nəfər gənc bu proqram üzrə təqaüd qazanmışdır. Ümumilikdə isə proqram çərçivəsində dünyanın 21 ölkəsində yerləşən 151 ali təhsil müəssisəsində 1252 gənc təhsil almaq hüququ əldə etmişdir. Bu faktlar Azərbaycan gəncliyinə göstərilən sistemli və uzunmüddətli dövlət qayğısının real nəticələridir.
Eyni zamanda, 2026–2027-ci tədris ili üçün təsdiqlənmiş yeni siyahıya əsasən, gənclərə 15 prioritet ixtisas istiqaməti üzrə dünyanın 33 ölkəsini təmsil edən 231 nüfuzlu ali təhsil müəssisəsində 4121 proqram üzrə təhsil almaq imkanı yaradılmışdır. Bu, təhsilin keyfiyyətinin yüksəldilməsi ilə yanaşı, ölkənin gələcək peşəkar kadr ehtiyatının formalaşdırılmasına xidmət edir.
Tələbə gənclərlə iş də gənclər siyasətinin əsas istiqamətlərindəndir. Müxtəlif universitetlərin tələbələrinin iştirakı ilə keçirilən düşərgələr, forumlar, yarışlar və intellektual layihələrə təxminən 9000 gənc cəlb olunmuşdur. “Universitet Liqası”, debat forumları, intellektual oyunlar və e-sport turnirləri gənclərin liderlik, komanda işi və analitik düşüncə bacarıqlarının inkişafında mühüm rol oynayır. Bu fəaliyyətlər gənclərin yalnız akademik deyil, eyni zamanda sosial və ictimai baxımdan formalaşmasına xidmət edir.
Bununla yanaşı, könüllülük hərəkatının genişlənməsi gənclərdə vətəndaş məsuliyyətinin və sosial fəallığın güclənməsinə səbəb olmuşdur. Gənclər müxtəlif humanitar, sosial və ictimai layihələrdə iştirak etməklə cəmiyyətə fayda verməklə yanaşı, öz şəxsi inkişaflarını da təmin edirlər.
Nəticə etibarilə, bu gün Azərbaycan gəncliyi üçün geniş və real imkanlar mövcuddur. Dövlətin ardıcıl və məqsədyönlü gənclər və təhsil siyasəti savadlı, rəqabətqabiliyyətli, vətənpərvər gənc nəslin formalaşmasına xidmət edir. 2 Fevral – Azərbaycan Gəncləri Günü isə bu diqqət və qayğının rəmzi olaraq gəncləri daha fəal, daha məsuliyyətli və gələcəyin qurucusu olmağa ruhlandırır.

Əhməd İsmayılov MEDİA-nın 5 ildə gördüyü işlərdən danışdı... - MÜSAHİBƏ
Gəncədə “Müasir Konstitusiyamızın banisi Ulu Öndər Heydər Əliyev” mövzusunda elmi-praktiki konfrans keçirildi - FOTO
Rauf Arifoğlu: “Əli Kərimli dedi ki, məni Ramil Usubov və Ramiz Mehdiyevlə görüşdür” - MÜSAHİBƏ
“Ares”in Azərbaycanın yaşıl enerjisinə marağı...
Prezident İlham Əliyevin ABŞ səfəri: Yeni geosiyasi reallıqların təntənəsi TƏHLİL
Prezidentlər Birgə Bəyanat imzaladılar
“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14
Ayı Xocalıda evin həyətinə girdi - VİDEO 2026-07-16 , 09:12
Yaxşı ki, yatmamışdım - Evi yanan musiqiçi 2026-07-16 , 09:08
Aytən Səfərova:"Yazırlar ki, "nə boydadır?" - Video 2026-07-16 , 09:00
Sumqayıtda KÖRPÜDƏ TƏHLÜKƏLİ vəziyyət 2026-07-16 , 08:53
Məşhur psixoloqların əl yandıran qiymətləri – ARAŞDIRMA 2026-07-15 , 17:04
1 saatlıq nasazlıq xəstəxanada bu görüntünü yaratdı - Video 2026-07-15 , 16:51
Pulu versələr də, tez-tez qaranlıqda qalırlar - Abşeron sakinlərindən ŞİKAYƏT - VİDEO 2026-07-15 , 16:49
Hüseyndən Zaur Kamala: "Pulumu qaytar, 1500 manat..." 2026-07-15 , 16:43
İncəsənət Gimnaziyasında nə baş verir? - Rəsmi açıqlama 2026-07-15 , 16:16
Sumqayıtda qanunsuz söküntü iddiası 2026-07-15 , 16:14
Sumqayıtda 35 günlük körpə həkim səhlənkarlığının qurbanı olub?-TƏFƏRRÜAT 2026-07-15 , 16:13
Sumqayıtda piyada səkisini "stol-stul zəbt edib" 2026-07-15 , 16:11
Rəqsanə hovuz kənarında: “Qaşları həddən artıq dartılıb”, – dedilər - VİDEO 2026-07-15 , 16:09
Şirkətlər “AccessBank”dan pullarını geri çəkir 2026-07-15 , 16:05
"Kompleksim olsaydı, bu reklama çəkilməzdim" 2026-07-15 , 16:03
Tiktoker "Arzum"un həbsi ilə bağlı şok detallar 2026-07-15 , 01:31
Zaur Nəbioğluya vəzifə verildi 2026-07-15 , 01:17
Pünhan Piriyevin ölüm xəbəri yayıldı - VİDEO 2026-07-15 , 00:55