Yenilik.Az
www.Yenilik.Az » Ölkə » Azərbaycanın ən hündür binası tikilir - Emin Ağalarov AÇIQLADI

Azərbaycanın ən hündür binası tikilir - Emin Ağalarov AÇIQLADI

Azərbaycanın ən hündür binası tikilir - Emin Ağalarov AÇIQLADI
2026-03-30 , 15:59

“Sea Breeze” kurort şəhərciyində Azərbaycanın ən hündür binası hesab olunan “Cipriani Tower”in inşaat işləri davam edir. “Cipriani Tower” süni Halfmoon adasında yerləşəcək. Bu memarlıq konsepsiyası 323 metr hündürlüyü ilə Azərbaycanın ən hündür binası olacaq.

 
Layihənin gələcək görünüşü və tikinti prosesi ilə bağlı məlumatı Emin Ağalarov özünün “Instagram” hesabında paylaşıb.
 
O bildirib ki, layihə çərçivəsində 116 otaqdan ibarət beşulduzlu “Cipriani Resort Sea Breeze” hoteli, eləcə də 127-yə yaxın ultra-lüks mənzili əhatə edən “Cipriani Residences Sea Breeze” yaşayış kompleksi nəzərdə tutulur.
 
Kompleksin infrastrukturuna banket və konfrans zalları, ümumi sahəsi təxminən 1647 kvadratmetr olan spa mərkəzi, həmçinin “Cipriani” brendinə məxsus restoran və barlar daxil ediləcək.
 
Sfera.az

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.