Azərbaycanın İstanbul Baş Konsulluğu beş gün işləməyəcək

Azərbaycanın Türkiyənin İstanbul şəhərindəki Baş Konsulluğu Azərbaycan vətəndaşlarına müraciət edib.
Məlumatda bildirilib ki, Novruz bayramı münasibətilə Azərbaycanda elan olunan qeyri-iş günləri ilə əlaqədar martın 20-dən 24-dək Baş Konsulluq işləməyəcək.