Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Aİ səfiri Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib

Aİ səfiri Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib

Aİ səfiri Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
2023-03-19 , 10:28

Avropa İttifaqının (Aİ) ölkəmizdəki nümayəndəliyinin rəhbəri Peter Mixalko Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib.

Yenilik.az xəbər verir ki, Aİ səfiri təbrik videosunu özünün “Twitter”dəki səhifəsində yerləşdirib.
“Əziz Azərbaycan xalqı, bahar ətirli, sevgi dolu Novruz üzünüzə gülsün. Süfrəniz bərəkətli, ruziniz bol olsun!
Əzizinəm yaz gəlsin,
Yaz gəlsin, bahar gəlsin,
Bu Novruz bayramında,
Qəm getsin, sevinc gəlsin.
Novruz bayramınız mübarək olsun!” - Peter Mixalko paylaşımında deyib.
Səfir sonda xanımıyla Novruzun ənənələrindən olan yumurta döyüşdürüb.



Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.