Britaniya səfiri İlaxır çərşənbə münasibətilə Azərbaycan xalqını təbrik edib

Böyük Britaniyanın ölkəmizdəki səfiri Fergus Auld Novruzun sonuncu çərşənbəsi - İlaxır çərşənbə münasibətilə Azərbaycan xalqını təbrik edib.
O, bu çərşənbənin torpağı simvolizə etdiyini xatırladıb.
Səfir, həmçinin plastik paketlərin istifadəsi ilə bağlı qəbul edilən yeni qanundan söz açıb:
“Plastik paketlər torpağı zədələyir. Eyni zamanda Azərbaycanın gözəl təbiətini çirkləndirir”.
Diplomat hər kəsi plastikdən istifadəni azaltmağa çağırıb:
“Torpağımızı, planetimizi qorumaq üçün plastikdən istifadəni azaltmalıyıq”.
OXŞAR XƏBƏRLƏR