Yenilik.Az
www.Yenilik.Az » Rəsmi » Qaribaşvilidən İlham Əliyevə təbrik məktubu

Qaribaşvilidən İlham Əliyevə təbrik məktubu

Qaribaşvilidən İlham Əliyevə təbrik məktubu
2023-05-25 , 16:10

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

 
Yenilik.az xəbər verir ki, mətndə deyilir:
 
"Zati-aliləri!
 
Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə və dost Azərbaycan xalqına səmimi salamlarımı və təbriklərimi çatdırıram.
 
Fürsətdən istifadə edərək, Azərbaycan ilə Gürcüstan arasında tərəfdaşlığın möhkəmlənməsinə şəxsi dəstəyinizə və töhfənizə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Bu il xüsusi əhəmiyyət kəsb edir, çünki Azərbaycan xalqı ölkənin tərəqqisi və inkişafında mühüm xidmətləri olan uzaqgörən lider Heydər Əliyevin 100 illiyini qeyd edir.
 
Əziz dost, əməkdaşlığımızın dövlətlərimiz, xalqlarımız üçün daha böyük uğurlar gətirəcəyini səbirsizliklə gözləyirik.
 
Sizə sülh, tərəqqi və uğurlarla zəngin gələcək arzulayıram. Qoy Azərbaycan bundan sonra da çiçəklənsin və inkişaf etsin!"

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.