Yenilik.Az
www.Yenilik.Az » Rəsmi » İlham Əliyev Gürcüstanın müdafiə nazirini qəbul etdi

İlham Əliyev Gürcüstanın müdafiə nazirini qəbul etdi

İlham Əliyev Gürcüstanın müdafiə nazirini qəbul etdi
2023-04-24 , 10:21

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 24-də Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladzeni qəbul edib.

Yenilik.az xəbər verir ki, bu haqda Prezidentin Mətbuat xidməti məlumat yayıb.
Görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif sahələrdə, o cümlədən hərbi sahədə uğurla inkişaf etdiyi vurğulanıb.
Bu ilin aprelində Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin ölkəmizə səfəri xatırlanıb, səfər zamanı əlaqələrimizin daha da genişləndirilməsi ilə bağlı səmərəli müzakirələrin aparıldığı qeyd olunub.
Dövlət başçısı və Gürcüstanın müdafiə naziri əməkdaşlığımızın perspektivlərini, regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.